Qazaxıstan polisi girovların azad edilməsi əməliyyatı keçirib14-01-2025, 11:08
Çap et Qazaxıstan mətbuatına istinadla xəbər verilir ki, Aktobe vilayəti polis idarəsinin mətbuat xidmətinin məlumatına görə, Operativ İdarəetmə Mərkəzinə fərdi evdə sakinlərin girov götürülməsi barədə məlumat daxil olub. “İstintaq-əməliyyat qrupu və xüsusi təyinatlılar dərhal hadisə yerinə yola düşüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldikdən sonra şübhəli şəxslə əvvəllər tanış olan bir qadının valideynləri ilə birlikdə girov saxlandığı müəyyən edilib”, -deyə polisdən bildirilib. Cinayətkar heç bir tələb irəli sürməyib. “Üç saat davam edən danışıqlardan və şübhəli şəxsin girovları azad etmək tələbini yerinə yetirməkdən imtina etməsindən sonra xüsusi əməliyyatın keçirilməsinə qərar verilib. Nəticədə cinayətkar saxlanılıb və girov götürülən qadın azad olunub”, - deyə məlumatda qeyd edilib. Qadının yaşlı valideynləri isə bıçaq xəsarətləri ilə evin zirzəmisində tapılıb. Təəssüf ki, onları xilas etmək mümkün olmayıb: 67 yaşlı ana təcili yardım maşınında, 75 yaşlı ögey ata isə əməliyyat masasında dünyasını dəyişib, qadın isə hazırda xəstəxanadadır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
