Konqo Enerji və İnvestisiya Forumunda Azərbaycanla tərəfdaşlıq müzakirə ediləcək29-01-2025, 11:19
Çap et Afrika Press Agentliyinə (APA) istinadla xəbər verilir ki, forumda Konqonun qaz ehtiyatlarının kommersiyalaşdırılması və qazdan elektrik enerjisi istehsalı layihələrinin inkişafı məsələlərinə diqqət yetiriləcək. Tədbirdə, həmçinin enerji sektorunda texnologiya transferi və potensialın artırılması məsələləri, Qazaxıstan, Azərbaycan və digər ölkələrlə tərəfdaşlıqlar müzakirə olunacaq, Konqonun LNG layihəsi təqdim ediləcək və onun ölkənin təbii qaz ixrac potensialına təsiri haqqında danışılacaq. Bundan başqa, Konqonun dərinsulu neft yataqları üzrə layihələrinin dərindən təhlili və Aşağı Konqo hövzəsində ehtiyatların inkişafı üçün Anqola ilə əməkdaşlıq, Konqonun kiçik müstəqil operatorları üçün ikinci dərəcəli yataqlarda yeni imkanların araşdırılması, eləcə də artan enerji tələbatını qarşılamaq üçün təbii qazdan elektrik enerjisi istehsalında istifadəni hədəfləyən layihələr forumda müzakirə mövzuları olacaq. Forumun məqsədi beynəlxalq sərmayədarları cəlb etmək və Konqo Respublikasını enerji sahəsində investitsiya üçün bir məkana çevirməkdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
