Heqiqet.Az » hadise » Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb


Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb

19-05-2025, 11:12
Çap et
Mayın 17-də və 18-də ölkə ərazisində qeydə alınan 92, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb.
Reytinq: