Son zəng – Uğura doğru son addımlar16-06-2025, 15:56
Çap et ![]() Bakl şəhər Səbail rayon Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki - Humanitar liseyin müəllimi Bakının Səbail rayonunda yerləşən bir əsrdən artıq yaşı olan Həbibbəy Mahmudbəyovun adını daşıyan təhsil ocağı – 2 nömrəli Texniki Humanitar lisey növbəti son zəngini çaldı. Elm və Təhsil Nazirliyinin “Son zəng”lə bağlı məktəblərə verdiyi müvafiq tapşırıqlara əsasən biz də təlimatlara uyğun olaraq tədbirlər planını həyata keçirdik. Liseyimizdə məzunlar üçün təşkil olunan "Son Zəng” tədbiri qürurverici anlarla yadda qaldı. Tədbiri giriş sözü ilə açan liseyin direktor səlahiyyətlərini yerinə yetirən Ülviyyə Tahirzadə Dövlət Himninin səslənməsindən sonra təşrif buyuran qonaqları təqdim etdi. Tədbirdə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan məzunumuz Teymur Turanın atası Yavis müəllim çıxış edərək qəhrəman övladının məktəb xatirələrini yada saldı. Onun həyatında izi olan müəllimlərə təşəkkür etdi. Qeyd edim ki, şəhidimiz həm də öz vətənpərvərlik şeirlərini də bizə yadigar qoyub. Və bu gün onun şeirləri yeri gəldikcə bizim sinif otaqlarında, tədbirlərdə səsləndirilir. Bu gün də onun qələmindən süzülən və deyərdim ki Teymur imzası olan şeirini səsləndirmək mənə həvalə olundu. Sonra Qarabağ qazisi və Qarabağ Veteranlar Şurasının sədri, valideyn Samid Məmmədov, eləcə də İcra Hakimiyyətinin nümayəndəsi Pünhan müəllim iştirak edərək şagirdlərə dəyərli tövsiyələr verdilər. Lisey kollektivi və şagirdləri daim yüksək nəticələrlə təhsil ocağının adını ilklər sırasında saxlamağa müvəffəq olmuşdurf. Bu il də uğurlarımız az olmayıb. Belə ki olimpiada iştirakçıları və müxtəlif bilik yarışlarına qatılıb qalib gələn şagirdlərimiz, eləcə də buraxılış siniflərində yüksək nəticələr əldə edən məzunlarımız lisey rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olundular. - 9 və 11-ci sinif şagirdlərinə fərqlənmə attestatları - Bir məzunumuza gümüş medal - “Azərkosmos” layihəsində iştirak edən şagirdlərə - 5-ci siniflər arasında keçirilən *İntellektual Yarış* qaliblərinə sertifikatlar təqdim olundu. Mərasimdə şagirdlərə gələcək həyatlarında uğurlar arzulanıb. Tədbir, həmçinin şagirdlərin və müəllimlərin çıxışları ilə yadda qalıb. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. İllərin əziyyətini çəkən müəllimlər həm sevinir, həm də kövrəlirdilər. Valideynlər isə övladları ilə qürur duyur və artıq onları tələbə kürsüsündə görürdülər. Beləcə xoş anlarla və gözəl ümidlərlə dolu Son Zəng tədbiri sona yaxınlaşırdı. Bu gözəl günün sevincini bizə yaşadan hər kəsə təşəkkür edir, məzunlarımıza uğurlu yol arzulayırıq! Yolunuz açıq, gələcəyiniz parlaq olsun əziz məzunlarımız! ![]() ![]() ![]() ![]() ![]() ![]() Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|