BMT Əfqanıstanda aclıq böhranının dərinləşəcəyi barədə xəbərdarlıq edib20-02-2026, 12:29
Çap et OCHA-nın bildirdiyinə görə, Əfqanıstan Sudan və Yəməndən sonra dünyada ən böyük humanitar böhranlardan birini yaşamaqda davam edir və proqnozlara görə, 2026-cı ildə ölkə əhalisinin təxminən yarısını təşkil edən 21,9 milyon nəfər humanitar yardıma ehtiyac duyacaq. “Humanitar ehtiyacların əsas səbəbi ərzaq təhlükəsizliyinin qeyri-sabitliyidir. Təxminən 17,4 milyon nəfərin böhran və ya daha ağır səviyyədə ərzaq çatışmazlığı ilə üzləşəcəyi, 4,7 milyon nəfərin isə fövqəladə şəraitdə aclıq yaşayacağı gözlənilir”, - deyə hesabatda qeyd olunur. Təşkilat quraqlığı, iqlim dəyişikliklərini, dolanışıq vasitələrinin itirilməsini və əfqan miqrantların kütləvi geri qayıdışını böhranı dərinləşdirən əsas amillər kimi müəyyən edib və qeyd edib ki, fövqəladə səviyyədə aclıq halları ötən illə müqayisədə 50 faizdən çox artıb. Büdcəsi 1,71 milyard dollar həcmində nəzərdə tutulan plan 17,5 milyon nəfərə yardım göstərilməsinə yönəlib. Plan çərçivəsində quraqlıq, qaçqınların kütləvi geri qayıdışı, xəstəliklərin yayılması, zəlzələlərin nəticələri və digər təbii fəlakətlərdən ən çox zərər çəkmiş bölgələrə xüsusi diqqət yetiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
