DEPORTASİYA YOXSA, SOYQIRIM11-03-2026, 10:36
Çap et Əziz oxucular, oxuduqlarımdan, ağsaqqallardan vaxtilə eşitdiklərimdən, həyatda rast gəldiklərimdən deportasiya haqqında öz fikirlərimi sizə çatdırmağa çalışacağam.1947-ci ilin 23 dekabr tarixində SSRİ Nazirlər Soveti azərbaycanlıların Ermənistan SSR-dən deportasiya olunması barədə qərar verdi. Qərarda göstərilirdi ki, “könüllülük prinsipləri əsasında” 1948-50-ci illərdə Ermənistan SSR-də yaşayan 100 min nəfər kolxozçu və digər azərbaycanlılar Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülsün. Orada strateji əhəmiyyət kəsb edən pambıq məhsulunun becərilməsinə işçi qüvvəsi çatışmır. Sonra köçürülmə mexanizsi hazırlandı. 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə 50 min azərbaycanlı Ermənistan SSR ərazisindən Azərbaycan SSR ərazisinə köçürülsün. Köçən əhali öz evlərini, heyvanlarını, kartof, taxıllarını yerli hökumətə təhvil versinlər, bu barədə köçənlərə qəbz verilsin və həmin qəbz əsasında köçdükləri yerdə yerli hökumət ödəniş etsin. Köçürülmə dağ rayonu olan Qarabağlar rayonundan başlandı. Atam Cəfərov Abdulla Məhəmməd oğlu (1920-ci il təvəllüd) 1950-ci ilin yanvar ayının 1-də yük qatarı ilə İmişli rayonunun Becrəvan kəndinə gələrək orada məskunlaşdılar. Atam gələrkən ailəli olub, 6 aylıq bir oğlu var imiş. Atam deyirdi ki, həmin il yazda vaqonda gətirdiyim 7 baş qoyun 1 günün içində öldü, sonra oğlum, dalınca həyat yoldaşım rəhmətə getdi. Həmin yay bacımın meyidi pambıq tarlasından gətirildi. Beləliklə, bizimlə gələnlər xəstələnərək dünyalarını dəyişənlər oldu. Dağ havasına uyğunlaşmış adamlar aran rayonunda yaşaya bilmirdilər. Ermənilər bilərəkdən planlı şəkildə bunu etmişdilər. Bu soyqırım deyil, bəs nədir? Mən 1948-1950-ci illərin deportasiyasını mədəni şəkildə soyqırım kimi başa düşürəm. SSRİ Nazirlər Sovetinin qərarı ilə 1948-50-ci illərdə 100 min əhali köçürülməsi nəzərdə tutulmuşdu. Amma 1953-cü ilə qədər deportasiya davam etdi və 150 min nəfər azərbaycanlı köçürüldü. Yəni deportasiya Stalinin ölümünə qədər davam etmişdir. Əgər Stalin ölməsəydi o vaxt bütün azərbaycanlılar Ermənistan SSRİ-nin ərazisindən köçürüləcəkdi. Stalinin ölümündən sonra yeni rəhbərlik deportasiya olunanların öz dədə-baba yurdlarına qayıtmasına icazə verildi. Atamın həyat yoldaşı rəhmətə gedəndən sonra 1952-ci ildə İmişlidə yenidən ailə qurur və mən Cəfərov Allahverdi Abdulla oğlu 1954-cü ilin yanvar ayının 13-də İmişlidə anadan olmuşam. 1959-cu ildə atam ailəlikcə Ermənistan SSRİ-nin Vedi rayonunun Xalisa kəndinə köçüblər. Orta məktəbi Xalisa kəndində oxumuşam. 1971-ci ildə Bakıda Politexnik İnstitutunun İnşaat fakültəsinə daxil olub, 1976-cı ildə bitirmişəm. Orta məktəbdə oxuduğum dövrdə savadlı və tələbkar müəllimlər bizə dərs keçirdilər. Məktəbi bitirənlərin yarıdan çoxu ali məktəblərə qəbul olurdular. İnstitutu bitirdikdən sonra təyinatı Azərbaycan SSR və Rusiya SSR-yə verirdilər. Təyinatla gedənlər geri, yəni Ermənistana qayıtmırdılar. Çünki ermənilər azərbaycanlılara iş vermirdilər, yalnız orta məktəb müəllimlərindən başqa. Mən özüm olmaqla işlədiyimiz yerdə ailə qururduq. Artım Azərbaycanda olurdu, Ermənistanda isə azərbaycanlıların sayı azalırdı. Nə üçün 1988-ci ildə 1 milyon nəfər yox 250 min azərbaycanlı Ermənistandan Azərbaycana gəldi. Bununla demək istəyirəm ki, deportasiya təkcə 1948-50-ci illərdə yox, bütün dövrlərdə olubdur. Amma bu gizli şəkildə, pərdəarxası, mədəni şəkildə aparılıbdır. Ümidvaram ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev necə ki, Qarabağı xalqımızın mərd oğullarımızla birlikdə işğaldan azad elədi, İnşallah, Qərbi Azərbaycandan deportasia olanları öz ata-baba yurdlarına qaytaracaqdır. Allahverdi Cəfərov Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Əziz oxucular, oxuduqlarımdan, ağsaqqallardan vaxtilə eşitdiklərimdən, həyatda rast gəldiklərimdən deportasiya haqqında öz fikirlərimi sizə çatdırmağa çalışacağam.