O dövlət "Günəşli"dəki yanğından sonra Xəzərdə nəzarəti gücləndirdi7-12-2015, 11:10
Çap et "Hər hansı obyekt və ya xəsarət almış şəxs aşkar olunduğu halda məlumat veriləcək" Azərbaycanın Xəzər dənizindəki neft platformasında baş verən yanğından sonra Qazaxıstan gəmiləri zərərçəkənlərin tapılması üçün gücləndirilmiş müşahidə həyata keçirir. Qazaxıstan Dövlət Sərhəd Xidməti məlumat yayıb. ”Regionda çətin meteovəziyyət hələ də davam edir. Buna baxmayaraq, Sahil Mühafizə Xidmətinin rəisi tərəfindən olduqları ərazilərdə vəziyyətə gücləndirilmiş nəzarət və müşahidə həyata keçirməklə bağlı kater və gəmilərə tapşırıq verilib. Hər hansı obyekt və ya xəsarət almış şəxs aşkar olunduğu halda məlumat veriləcək və lazımi yardım göstəriləcək”, - deyə məlumatda bildirilir. Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib. Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub. Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

"Hər hansı obyekt və ya xəsarət almış şəxs aşkar olunduğu halda məlumat veriləcək"