Mehriban Əliyevaya “İlin adamı” mükafatı təqdim olunub1-03-2016, 18:43
Çap et Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2015-ci ilin adamı” mükafatının təqdim edilməsi mərasimi keçirilib.Mərasimdə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev və ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış ediblər. Qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “2015-ci ilin adamı” mükafatı ilə “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, milli mədəniyyətimizin təbliği istiqamətində gördüyü işlərə, ölkəmizdə multikulturalizm mühitinin inkişaf etdirilməsinə verdiyi töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə təltif edilib. Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən, ANS Şirkətlər Qrupu tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Daha sonra V. Mustafayev “2015-ci ilin adamı” mükafatının diplomunu və pul mükafatını Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib. Qeyd edək ki, təqdim edilən pul mükafatı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan və daun sindromlu şəxslərin sosial-mədəni reabilitasiyasına xidmət edən Bakıdakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin hesabına köçürüləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2015-ci ilin adamı” mükafatının təqdim edilməsi mərasimi keçirilib.