Son 6 ayda 4 körpü tikilib, 4-ü bərpa edilib20-07-2016, 18:25
Çap et ![]() "Azəravtoyol" ASC-nin mətbuat katibliyindən daxil olan məlumata görə, Yardımlı rayonu ərazisində Separadi-Teşkan avtomobil yolunun 3-cü km-də Viləş çayı üzərində, Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci km-də Lənkəran çayı üzərində, Astara rayonu ərazisində Siyakü-Şəmətük avtomobil yolunun 7-ci km-də Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində Veravul çayı üzərində olan körpülərinin və Gəndob-Xaçmaz-Yalama Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də Qudyalçay üzərində yerləşən körpüdə barraj divarının tikintisi işləri aparılaraq başa çatdırılıb. Bundan başqa, Daşkəsən rayonu ərazisində yağan aramsız yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu km-də yerləşən metal körpü və Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 33-cü km-də Toğana çayı üzərində yerləşən körpü bərpa olunub, Gəncə şəhəri Zazalı-İmamzadə kompleksinə gedən avtomobil yolunda dəmir yolu xətti üzərində yol ötürücüsünün yenidən qurulması isə başa çatdırılıb. Həmçinin, Bərdə rayonu ərazisində, Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən, Tərtərçay üzərində yerləşən və uzun illər qəzalı vəziyyətdə olan dəmir konstruksiyalı 35 metr uzunluğunda avtomobil körpüsü də bərpa olunaraq 2016-cı ilin mart ayının 15-də vətəndaşların istifadəsinə verilib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|