Heqiqet.Az » sosial » Qobustan rayonu yeni iqtisadi inkişaf mərhələsində


Qobustan rayonu yeni iqtisadi inkişaf mərhələsində

8-10-2025, 21:00
Çap et
[thumb=left]http://heqiqet.az/uploads/posts/2025-10/1759942751_img-20251008-wa0083.jpg[/thumb Son illərdə Qobustan rayonunun iqtisadi həyatında nəzərəçarpacaq müsbət dəyişikliklər baş verməkdədir. Xüsusən kənd yaşayış məntəqələrində həyata keçirilən layihələr yaradılan şərait, kənddaxili yolların asfaltlanması, yaşıllıqların salınması, demək olar ki, əksər kəndlərdə su probleminin həll edilməsi, ərazilərin təmizlənərək gül-çiçəyə qərq olması, parkların salınması və s. rayonun sosial-iqtisadi inkişafına güclü təkan vermişdir. Regionların sosial-iqtisadi inkişafına dair proqramlarının icrasına uyğun olaraq rayonda aparılan abadlıq-quruculuq işləri nəticəsində bugün Qobustan yaşıllığı, səliqə-sahmanı, əsrarəngiz gözəlliyi ilə hər bir kəsin diqqətini cəlb edir, qəlbləri sevindirir.
Rayon üzrə kəndaxili yolların uzunluğu ümumilikdə təqribən 101786 m təşkil edir ki, onun 32 km daxili imkanlar hesabına asfalt örtük vurulmuşdur. Yaxın günlərdə bu rəqəmin 10 km qədər artacağı gözlənilir. Həmçinin bütün kəndlərə gedən yollarda yaşıl tuneli xatırladan yaşıllıqlar salınmış, yol kənarı ağac və qızılgül kolları əkilib becərdilmişdir. Rayon rəhbərliyinin vətəndaşlarla birgə təşəbbüsü, təşkilatçılığı və dəstəyi ilə ərazidə şam, küknar, tuya, akasiya, qarağat və s. kimi ağac və dekorativ kollardan ibarət yaşıllıqlar, parklar salınmışdır. Mövcud yaşıllıqlar müasir suvarma sistemi vasitəsilə suvarılaraq qulluq göstərilir.
Bu infrastruktur təkmilləşmə və həyata keçirilən işlər, asfaltlaşdırma, yaşıllaşdırma və s. ilk növbədə gözəl təbiəti, saf iqlimi ilə tanınan rayonumuzun füsünkarlığını daha da artıraraq qonaqların və turistlərin marağına, gəlişinin artmasına səbəb olmuşdur. İnfrastrukturun inkişafı kəndlər arasında əlaqəni genişləndirmək və asanlaşdırmaqla yanaşı aqrar rayonumuzda kənd təsərrüfatına da müsbət təsir göstərərək inkişafını sürətləndirmişdir. Belə ki, Qobustan rayonu son illərdə öz potensialı hesabına istehsal etdiyi taxıl məhsulu ilə öz əhalisinin istifadəsi üçün beş illik dövrə yetərli qədər taxıl istehsal etmişdir. Rayon əhalisi kənardan ət və süd məhsulları almadan istehsal etdiyi heyvandarlıq məhsulları ilə özünü tam təmin edir. Bu isə dövlətimizin ən prioritet məsələlərdən biri hesab etdiyi ərzaq təhlükəsizliyinin təmin olunmasına və rayonun iqtisadi müstəqilliyinə layiqli töfhədir. Rayonun kənd təsərrüfatında aqrar islahatlar əsasən başa çatdırılmışdır. Əsas heyvandarlıq məhsullarından 2024-cü ilin yanvar-iyun aylarına nisbətən ət istehsalı 18,0 ton, yumurta istehsalı 57,0 min ədəd, yun istehsalı 11,0 ton artmışdır. İstehsal edilmiş kənd təsərrüfatı məhsulları əsasən əhali təsərrüfatlarının payına düşür.
Bu müsbət dinamika , həmçinin bölgədə sahibkarlıq imkanlarının genişlənməsinə, məşğulluğun artmasına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə əsaslı müsbət təsir göstərmişdir. Qobustan rayonundakı bu inkişaf tendensiyası yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır, eyni zamanda xidmət sektoru və sosial infrastrukturun da inkişafına əsaslı stimul verir.
Qobustan rayonu bu inkişaf dinamikası ilə ölkəmizin dayanıqlı iqtisadi inkişaf modelinə nümunəvi örnək təşkil edir. Bu uğurlar bir daha onu göstərir ki, məqsədyönlü dövlət siyasəti və yerli potensialın səmərəli istifadəsi bölgələrdə davamlı inkişafın əsasını qoyur. Və qazanılmış uğurlar, nailiyyətlər təsdiqləyir ki, rayonumuz təkcə bu günün deyil, həm də sabahın inkişafına hesablanmış strateji istiqamətdə irəliləyir və gələcəkdə daha böyük uğurlar üçün möhkəm zəmin yaradıldığını sübut edir.
Bəli, Qobustanın uğurları illərlə aparılan məqsədyönlü siyasətin və zəhmətkeş insanların əməyinin bəhrəsidir. Bu inkişaf təkcə iqtisadi göstəricilərlə məhdudlaşmır-0, həm də insanların həyatına sabitlik, rifah və inam gətirir. Rayonun dinamik inkişafı bir daha sübut edir ki, düzgün planlaşdırma, xalqın birliyi və davamlı əmək sayəsində hər bir bölgə ölkəmizin ümumi tərəqqisinə dəyərli töfhədir.

Fidan Kazımova

[thumb=left]http://heqiqet.az/uploads/posts/2025-10/1759942782_img-20251008-wa0087.jpg[/thumb]


Reytinq: