Heqiqet.Az » sosial » Agentlik: Marşrut sahibləri sürücü seçmək hüququndan məhrum ediləcək


Agentlik: Marşrut sahibləri sürücü seçmək hüququndan məhrum ediləcək

21-12-2016, 12:57
Çap et
Agentlik: Marşrut sahibləri sürücü seçmək hüququndan məhrum ediləcək Bakıda fəaliyyət göstərən marşrut sahibləri marşrutlarına sürücü seçmək hüququndan məhrum ediləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli məlumat verib.
Onun sözlərinə görə, BNA tərəfindən bununla bağlı vahid sistem yaradılacaq:
"Bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət göndərilib. Bakı Nəqliyyat Agentliyində Vahid Sürücü Sistemi yaradılacaq. Sürücülər müsabiqədən keçəndən sonra standartlara cavab verərsə, həmin sürücünün məlumatı vahid sistemə əlavə ediləcək. Marşrut avtobuslarına sürücülər də həmin sistemdən seçiləcək. Marşrut sahibi artıq özü sürücü təyin edə bilməyəcək".
Reytinq: