Mançesterdə törədilən terror aktı nəticəsində 19 nəfər ölüb23-05-2017, 09:52
Çap et Bu barədə Mançester polisinin "Tvitter” səhifəsində bildirilir. "Hazırda 19 nəfərin öldüyü təsdiqlənib, 50-yə yaxın insan yaralanıb”, məlumatda deyilir. Polis hadisəni terror aktı kimi qiymətləndirib. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur. İnsident "Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib. Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik "Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
