Demo Sayt » dunya » Misirdə terror aktı: 9 ölü


Misirdə terror aktı: 9 ölü

12-11-2015, 17:16
Çap et
Misirdə terror aktı: 9 ölü Misirin Sinay yarımadasında törədilən terror aktı nəticəsində 9 nəfər ölüb.
İnsident noyabrın 12-ə keçən gecə Şimali Sinay əyalətinin inzibatı mərkəzi Əl-Əriş şəhərində qeydə alınıb.
Bir qrup naməlum silahlı əvvəl yaşayış evini atəşə tutub, sonra isə evin qarşısında minalanmış avtomobili partladıb. Artıq məlumdur ki, ölənlərin əksəriyyəti bir ailənin üzvləridir. Onlardan ikisi 3 yaşınadək uşaqlardı.
İlkin ehtimallara görə, hücumun arxasında İŞİD-lə əlaqəli “Ənsər Beyt əl-Məkdis" qruplaşması durur.
Reytinq: