Cənubi Koreya rəsmiləri Yaponiya, Çin və Rusiyada müzakirələr aparacaqlar12-03-2018, 10:47
Çap et Cənubi Koreya Milli Təhlükəsizlik İdarəsinin rəisi Çen I Yon və Milli Kəşfiyyat İdarəsinin rəisi So Xun Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşdən sonra martın 11-də Seula qayıdıblar. Bu gün isə So Xun Yaponiyanın xarici işlər naziri Taro Kono və Baş nazir Şinzo Abe ilə görüşlər keçirmək üçün Tokioya gəlib. Çen I Yonun Çinə yollandığı, oradakı görüşlərdən sonra Rusiyaya gedəcəyi bildirilir. Cənubi Koreya rəsmilərinin həmin görüşlərdə qarşı tərəfləri koreyalarası müzakirələr və ABŞ -da keçirilən görüşlər, aparılan danışıqlar barədə ətraflı məlumatlandıracaqları gözlənilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
