Demo Sayt » dunya » Sanada güclü partlayışlar


Sanada güclü partlayışlar

18-06-2015, 13:02
Çap et
Sanada güclü partlayışlar Yəmənin paytaxtı Sanada törədilmiş silsilə partlayışlar nəticəsində 31 nəfər ölüb. “RİA Novosti”nin verdiyi xəbərə görə, partlayışlar nəticəsində onlarla adam yaralanıb, onların sayı dəqiqləşdirilir.
Məlumata görə, şəhərin müxtəlif yerlərində (əsasən də məscidlərin və üsyançı husilərlə əlaqəli obyektlərin yaxınlığında) bir-birinin ardınca 5 güclü partlayış törədilib.
Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
İnsidentin BMT baş katibinin təşəbbüsü ilə Cenevrədə Yəmən münaqişəsinin nizamlanması ilə bağlı keçirilən məsləhətləşmələr fonunda baş verdiyi vurğulanır.
Reytinq: