Pakistan prezidentinin oğluna sui-qəsd zamanı 3 nəfər ölüb, 15 nəfər yaralanıb25-05-2015, 11:52
Çap et Pakistanda partlayış zamanı ən azı 3 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Güman edilir ki, partlayışın məqsədi Pakistan prezidentinin oğluna sui-qəsd olub. RIA-Novosti-nin verdiyi məlumata əsasən, bu barədə DAWN qəzeti xəbər verib.Yaralananlar arasında 5 nəfər polis var, onlardan birinin vəziyyəti ağırdır. Bundan başqa, yaxınlıqdan keçən insanlar da xəsarət alıb. Partlayış Sind və Belucistan vilayətlərini birləşdirən avtomagistralda otel yaxınlığında baş verib. Polisin məlumatına əsasən, motosiklə bərkidilən partlayıcı qurğu məsafədən işə salınıb. Hücum Pakistan prezidentinin oğlu Süleyman Məmnunun korteji otelin yanından keçərkən baş verib. Lakin o xəsarət almayıb. Güman edilir ki, Süleyman Məmnun bağ evindən Karaçiyə qayıdırmış. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Pakistanda partlayış zamanı ən azı 3 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Güman edilir ki, partlayışın məqsədi Pakistan prezidentinin oğluna sui-qəsd olub. RIA-Novosti-nin verdiyi məlumata əsasən, bu barədə DAWN qəzeti xəbər verib.