"Qarabağ" bu gün Avropa Liqasının rekordçusu ilə qarşılaşacaq28-11-2019, 05:57
Çap et Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin V turu çərçivəsində İspaniyanın "Sevilya" komandasının qonağı olacaq. "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 24:00-da start götürəcək. A qrupunda yer alan "Qarabağ" və Kiprin APOEL komandasının 4 xalı var. Lakin nikosiyalılar şəxsi oyunlardakı üstünlüyə görə (2:1, 2:2) 2-ci pillədə qərarlaşıblar Növbəti mərhələni təmin edən Avropa Liqasının rekord sayda - 5 dəfə qalibi olan "Sevilya"nın 12, Lüksemburq "Düdelanj"ının isə 3 xalı var. Bu isə o deməkdir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Sevilyada uduzsa və APOEL səfərdə "Düdelanj"ı məğlub etsə, Azərbaycan çempionu Avropa Liqasında növbəti raundda yüksəlmək şansını itirir. 24:00. "Sevilya" (İspaniya) - "Qarabağ" (Azərbaycan) Baş hakim: Məhəmməd Əl-Hakim Yan xətt hakimləri: Fredrik Kliver və Mahbod Beigi Dördüncü hakim: Martin Strömberqsson (hamısı İsveç) Sevilya, "Ramon Sançes Pisxuan" stadionu Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
