Bu gün "Qarabağ" və "Qəbələ" Avroliqada növbəti görüşlərini keçirəcək20-10-2016, 12:43
Çap et Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.Qurban Qurbanovun yetirmələri doğma divarlar arasında Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq. Keçirdiyi iki oyundan sonra aktivinə sadəcə 1 xal yaza bilən ağdamlılar hazırda qrupda sonuncu pillədə qərarlaşıblar. Komandamız doğma meydanda qalib gələ bilsə, hazırda 4 xalı olan yunanlarla xalları bərabərləşdirəcək. Çempionumuz bugünkü oyuna ciddi itki ilə çıxa bilər. Komandanın kapitanı və müdafiənin əsas fiquru olan Rəşad Sadıqovun oynayıb-oynamayacağı hələ ki dəqiq bilinmir. Baş məşqçi Qurban Qurbanov oyun saatına qədər fikrini dəqiqləşdirəcək. Digər təmsilçimiz “Qəbələ” isə səfərdə “Sent-Etyen”ə qonaq olacaq. İlk iki oyunda qələbə üzünə həsrət qalan əyalət təmsilçisi Fransaya ilk qələbə arzusu ilə yollanıb. Əgər qələbə əldə olunsa, sonuncu yerdən qurtulmaq mümkün olacaq. 3 xal əldə olunmasa, təmsilçimizin növbəti mərhələyə yüksəlmək şansları böyük ölçüdə azalacaq. Ölkə çempionatında 9-cu turda qapısında qol görən “radarlar” Avroliqada qrupda ən çox qol buraxan komandadı. Avropa Liqası Qrup mərhələsi, III tur 20 oktyabr J qrupu 21:00. “Qarabağ” - PAOK (Yunanıstan) Baş hakim: Alon Yefet Bakı. Tofiq Bəhramov adına Respublika stadionu Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.