Nazarbayev yenidən prezident seçildi27-04-2015, 10:48
Çap et ![]() Aprelin 26-da Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində sensasiya baş verməyib. Hazırkı dövlət başçısı Nursultan Nazarbayev 97,7% səs toplayaraq öz vəzifəsində qalıb. Kommunist Turqun Sızdıkov 1,6%, müstəqil namizəd Abelqazi Kusainov isə 0,7% səs alıblar. Səsvermədə seçicilərin 95,22%-i iştirak edib. Yekun rəsmi nəticələr mayın 3-dən gec olmayaraq açıqlanacaq. Qeyd edək ki, prezident seçkiləri əslində 2016-cı ildə keçirilməli idi. Lakin həmin il ölkədə parlament seçkiləri də keçiriləcəyindən, iki seçkinin üst-üstə düşməməsi üçün prezident seçkilərini 1 il erkən keçirmək qərara alınıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

