Heqiqet.Az » dunya » Ərdoğan və Bahçeli prezident seçkilərinin detallarını müzakirə edəcəklər


Ərdoğan və Bahçeli prezident seçkilərinin detallarını müzakirə edəcəklər

10-01-2018, 11:46
Çap et
Ərdoğan və Bahçeli prezident seçkilərinin detallarını müzakirə edəcəklər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli prezident seçkilərinin detallarını müzakirə edəcəklər.
Ggörüşün sabah yerli vaxtla saat 16:00-da keçiriləcəyi gözlənilir.
Bundan əvvəl D.Bahçeli bəyan etmişdi ki, MHP seçkilərdə Prezident R.T.Ərdoğanı dəstəkləyəcək.
Bu bəyanata cavab olaraq dövlət başçısı müxalif liderlə istənilən mövzunu müzakirə etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, 2019-cu ildə Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək. Prezident və parlament seçkilərinin bir gündə keçiriləcəyi gözlənilir.
Reytinq: