Heqiqet.Az » siyaset » Sabahdan prezidentliyə namizədliyin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi başlayır


Sabahdan prezidentliyə namizədliyin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi başlayır

19-02-2018, 11:45
Çap et
Sabahdan prezidentliyə namizədliyin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi başlayır Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi prosesi sabahdan başlayır.
Bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub.
Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.
Reytinq: