MSK prezident seçkilərində yüksək seçici fəallığı gözləyir9-04-2018, 15:26
Çap et ![]() Bunu RİA Novosti-yə müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. M.Pənahov bildirib ki, cəmiyyətdə seçkilərə böyük maraq müşahidə olunur, elektorat arasında maarifləndirmə işi aparılıb. O əlavə edib ki, 11 partiya öz nümayəndələrini müşahidəçi kimi qeydiyyata alıb: “Bütün bunları nəzərə alaraq fikirləşirəm ki, seçici fəallığı yüksək olacaq. Adətən, prezident seçkilərində fəallıq yüksək olur”. Qeyd edək ki, 2013-cü il prezident seçkilərində 72 faiz, 2008-ci ildə 75 faiz, 2003-cü iləd 62 faiz fəallıq qeydə alınmışdı. M.Pənahov onu da bildirib ki, MSK 900-ə yaxın beynəlxalq və 60 mindən çox yerli müşahidəçi qeydə alıb. KİV-lər 21 ölkədən 118 əməkdaşla təmsil olunacaq. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|