Heqiqet.Az » dunya » Gürcüstanda qadın namizəd prezident seçildi - Rəsmi nəticələr açıqlandı


Gürcüstanda qadın namizəd prezident seçildi - Rəsmi nəticələr açıqlandı

29-11-2018, 11:18
Çap et
Gürcüstanda qadın namizəd prezident seçildi - Rəsmi nəticələr açıqlandı Ekzit-polun dünən yaydığı hesablamalar düz çıxıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərinin 2-ci turundakı nəticələri açıqlayıb.
Seçki məntəqələrində verilən səslərin 99.7 faizi hesablanıb. Nəticədə ekzit-polun dünən yaydığı hesablamalar düz çıxıb.
Hakim "Gürcü arzusu" partiyasının dəstəklədiyi müstəqil qadın namizəd Salome Zurabişvili səslərin 59.56, onun müxalifətdən olan rəqibi Qriqol Vaşadze isə 40.44 faizini toplaya bilib.
Qeyd edək ki, Vaşadze Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili tərəfindən dəstəklənir.
Dünən gecə müxalifətin uduzduğunu eşidən Saakaşvili əhalini seçkinin nəticələrini tanımamağa çağırıb.
Onun qardaşı David isə müşahidəçi kimi seçki məntəqəsindən bayıra çıxan zaman naməlum avtomobildən atılan güllə ilə silahlı hücuma məruz qalıb.
Reytinq: