» » Azərbaycan və Türkiyə XİN başçıları meşə yanğınları ilə bağlı son vəziyyəti müzakirə ediblər


Azərbaycan və Türkiyə XİN başçıları meşə yanğınları ilə bağlı son vəziyyəti müzakirə ediblər

5-08-2021, 16:17
Çap et
Azərbaycan və Türkiyə XİN başçıları meşə yanğınları ilə bağlı son vəziyyəti müzakirə ediblər Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyət, yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması əməliyyatları, Azərbaycanlı yanğınsöndürənlərin bu əməliyyatlarda iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Mövlud Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.
Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb.
Reytinq: