Türk Şurası ölkələrinin onlarla şirkəti Qarabağın bərpasında iştirak etmək istəyir - Bağdad Amreyev10-09-2021, 08:18
Çap et Bunu Türk Şurasının baş katibi Bağdad Amreyev üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib. O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində iqtisadi fəaliyyət üçün böyük potensial mövcuddur. B.Amreyev 2020-ci ildə Qarabağa səfərini xatırladıb: "Biz çox məmnun idik ki, bizi Prezident İlham Əliyev qəbul etdi". Baş katib əlavə edib ki, Türk Şurası iqtisadi əməkdaşlığın əldə olunması üçün səmərəli vasitədir. Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Bağdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edirlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət Salmanoğlu11:29
Damət Salmanoğlu14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
