Heqiqet.Az » idman » Bakıda Dünya kubokunun iştirakçıları üçün qadağa


Bakıda Dünya kubokunun iştirakçıları üçün qadağa

11-09-2015, 13:09
Çap et
Bakıda Dünya kubokunun iştirakçıları üçün qadağa Şahmatçılar özləri ilə telefon, qələm və saat gətirə bilməzlər.
Bakıda keçirilən şahmat üzrə Dünya kuboku iştirakçılarına partiyalara nəinki mobil telefon, hətta şəxsi qələm və saat gətirmək də qadağan edilib.
“Biz heç kimdən şübhələnmirik, sadəcə ehtiyat tədbirləri alırıq. Zala girişdə metaldetektorlar olacaq, mobil telefonları ümumiyyətlə, götürməsəniz yaxşıdır” - Dünya kuboku iştirakçılarının iclasında çıxış edən FİDE-nin nümayəndəsi İzrael Gelfer bildirib.
Məmurun bu xəbərdarlığı ən sadə xəbərdarlıq oldu. Bundan sonra oyuna şəxsi qələm və saatların gətirilməməsi barədə xəbərdarlıq gəldi. Bu əşyaların olması şübhə doğura bilər və oyunun ədalətsiz aparıldığı kimi qiymətləndirilə bilər.
Bundan başqa, tur zamanı zaldan çıxan istənilən oyunçu yoxlanıla bilər, partiyaların sonunda isə hakimlər istənilən beşliyi yoxlama üçün seçə bilər. Partiyalar 15 dəqiqəlik yubanma ilə qismən yayımlanacaqlar.
Reytinq: