Heqiqet.Az » hadise » Gəncədə avtomobil mağazaya çırpılıb, polis əməkdaşı ölüb


Gəncədə avtomobil mağazaya çırpılıb, polis əməkdaşı ölüb

24-11-2021, 06:28
Çap et
Gəncədə avtomobil mağazaya çırpılıb, polis əməkdaşı ölüb Gəncə şəhərində polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Regioal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb:
"Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır", - məlumatda qeyd edilir.
Reytinq: