Həyətində narkotik basdıran Şirvan şəhər sakini saxlanıldı24-10-2022, 05:58
Çap et Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Nəzirməmməd Həmidzadə saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən baxış zamanı 2 büküm narkotik maddə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı evin həyətyanı sahəsində torpağa basdırılmış polietilen torbanın içərisindən 53 ədəd sellofan bükümdə olan və ümumi çəkisi 170 qramdan artıq təşkil edən narkotik maddə heroin, 3 büküm metamfetamin, 42 ədəd sellofan bükümdə və 2 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, 146 ədəd narkotik tərkibli “Metadon” həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
