Azərbaycan millisi Bakıda keçirilən paracüdo üzrə dünya çempionatında daha iki medal qazanıb10-11-2022, 08:18
Çap et Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Xanım Hüseynova bürünc medal uğrunda görüşdə yaponiyalı Karusa Oqavaya qalib gələrək, çempionatı üçüncü pillədə başa vurub. İkiqat Paralimpiya çempionu İlham Zəkiyev (90 kq-dan yuxarı) də çempionatı mükafatçılar sırasında bitirib. Həlledici görüşdə braziliyalı Vilyans Araujoya uduzan İ.Zəkiyev dünya çempionatında gümüş medalla kifayətlənib. Ötən gün millimizin üzvlərindən Şəhanə Hacıyeva (48 kq) və Namiq Abbaslı (73 kq) bürünc medal qazanıblar. Heydər Əliyev İdman Konsert Kompleksində keçirilən çempionatda 41 ölkədən 250-dək paracüdoçu mübarizə aparıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün olduHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
