Pakistanda məsciddə partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb31-01-2023, 07:12
Çap et "Çərşənbə axşamı səhər saatlarında xilasedicilərin dağıntılar altından daha 9 cəsədi çıxarması ilə Pişəvərdə məsciddə terrorçu-intiharçı tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb", - deyə məlumatda bildirilir. Daha 150 nəfərin yaralandığı qeyd edilir. Xatırladaq ki, daha əvvəl 59 nəfərin öldüyü, 157 nəfərin yaralandığı bildirilirdi. Qeyd edək ki, ötən gün Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib. Partlayışdan sonra məscidin tavanı və divarları çöküb. Çoxlu insan dağıntılar altında qalıb. Partlayışa görə məsuliyyəti "Təhrik-e-Taliban Pakistan" terror təşkilatı öz üzərinə götürüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
