Xalqımızın qəlbində əbədi yaşayacaq əziz xatirə17-04-2023, 22:25
Çap et ![]() Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı bir Azərbaycan xanımı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları, görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım Əliyeva özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi. Akademik Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə hər zaman böyük diqqət ayırmışdır. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara göstərdiyi diqqət ona həmkarlarının və xəstələrinin dərin hörmətini qazandırmışdır. Görkəmli oftalmoloq alim, Akademik Zərifə Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Bu sarsıntılı itkini Azərbaycan xalqı böyük kədər və hüzn hissi ilə qarşıladı. 1994-cü ildə Zərifə Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə ölkə başçısının Sərəncamına əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayaraq həyata keçirir. Çox əlamətdar bir hadisədir ki, Akademik Zərifə Əliyevanın 100 illiyi onun taleyi ilə birbaşa bağlı olan Ümummilli Lider Heydər Əliyevin 100 illiyində, ölkəmiz üçün əlamətdar olan “Heydər Əliyev İli”ndə qeyd olunur. Qədirbilən Azərbaycan xalqı görkəmli oftalmoloq alim, Akademik Zərifə Əliyevanın misilsiz xidmətlərini heç zaman unutmayacaq və onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. ![]() Elvin Əlizadə YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|