Azərbaycan bu gün tarixinin ən böyük yüksəliş dövrünü yaşayır4-05-2023, 12:54
Çap et Dahi lider çox yaxşı bilirdi ki, mövcud sosial-iqtisadi sistemdən yeni sistemə keçid bir sıra problemləri üzə çıxarır. Ölkədə yaranmış xaotik vəziyyət iqtisadiyyatda da öz mənfi təsirlərini göstərmişdi. Lakin o, bütün məsələləri həll etmək üçün gərgin işləyir, vətəndaşlara yaranmış yeni reallıqları və çıxış yollarını səbrlə, təmkinlə izah edir, eyni zamanda, stimul yaradırdı. 1993-cü ildə Bakı Kondisioner zavodunda paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışı zamanı bu məsələlərə toxunan Ulu Öndər deyirdi ki, on illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın. Ümummilli Lider Heydər Əliyev özəlləşdirmə, mülkiyyət münasibətlərinin tənzimlənməsi sahəsində mühüm dövlət tədbirləri həyata keçirmişdi. 1996-cı ildən etibarən isə MDB məkanında ilk dəfə olaraq torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilməsi prosesi məhz Azərbaycanda başlandı. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycanda həyata keçirilən özəlləşdirilmə, torpaq islahatları kimi geniş miqyaslı islahatlar nəticəsində mənzil fondu və torpaq sahələri də daxil olmaqla yüz minlərlə dövlət əmlakı xüsusi mülkiyyətə verilmişdi. Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün, iqtisadi islahatların həyata keçirilməsi ilə yanaşı, xarici investisiyanın Azərbaycana cəlb olunması və onlara imkanların yaradılmasına xüsusi diqqət verən Ulu Öndər bu məsələni əsas vəzifələrdən biri olaraq vurğulayırdı. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “ İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. O, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu tezisi reallaşdırmışdı. Və tarix də sübut edir ki, Ümummilli Lider nə qədər haqlı idi. Sovet dövründə iqtisadi cəhətdən geri qalan bir ölkəni, qısa zamanda qabaqcıl respublikaya çevirdi. Ağır və yüngül sənayenin, kənd təsərrüfatının, neft-kimya sənayesinin inkişafı, bu sahədə əldə olunan nailiyyətlər, açılan zavod və fabriklər buna əyani misaldır. Eləcə də müstəqillik zamanında iqtisadi böhran yaşayan Azərbaycan, məhz Ulu Öndərin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində dirçəlməyə başladı. Bütün bu proseslərdə hər zaman qadınların özünəməxsus iştirakı olub. Onların fəaliyyətini yüksək qiymətləndirən Heydər Əliyev qadınlarımızın iqtisadiyyatının müxtəlif sahələrində daha irəli getməsi, uğurlar qazanması üçün bütün imkanları yaradırdı. Ölkə başçısı İlham Əliyevin dövlət qurumları qarşısında qoyduğu əsas vəzifə və tövsiyələrə əsaslanaraq görülən işlərin nəticəsində qadın sahibkarların sayı ildən-ilə artır. Xüsusilə də, regionları da əhatə edən layihələr nəticəsində qadın məşğulluğu yüksəlməkdədir. Bu isə öz növbəsində qadınların iqtisadi həyatda iştirakçılığının təmin olunması və eyni zamanda, əlavə yeni iş yerlərinin yaranmasına səbəb olur. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının inkişafına müsbət təsir göstərir. Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf kursunu yüksək dinamizmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində Azərbaycan dövləti bu gün tarixinin ən böyük yüksəliş dövrünü yaşamaqdadır. Azad Musayev, Qaradağ Rayon Ələt Bələdiyyəsinin sədri Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
