“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunubDünən, 22:59
Çap et Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Aytən Turabova çıxışı zamanı ölkədə nəqliyyat sisteminin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən nəqliyyat infrastrukturunun modernləşdirilməsi və rəqəmsallaşdırma sahəsində görülən işlər barədə ətraflı məlumat verib. O, Azərbaycanın tranzit potensialının artırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətinin gücləndirilməsi üçün fiziki infrastruktur layihələrinin və rəqəmsal həllərin paralel şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəliliyinin və ötürücülük qabiliyyətinin artırılması məqsədilə qonşu dövlətlərlə birgə həyata keçirilən təşəbbüslər, koordinasiya tədbirləri və regional əməkdaşlıq mexanizmləri barədə danışıb. Ehtiram Quliyev Rəqəmsal Logistika Platformasını təqdim edərək “Bir pəncərə” informasiya sisteminin beynəlxalq ticarət və logistika proseslərində yaratdığı imkanlar barədə məlumat verib. “Bir pəncərə” informasiya sistemi Prezident İlham Əliyevin “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılıb. Sistem xarici iqtisadi fəaliyyət (XİF) iştirakçıları arasında məlumat mübadiləsini sadələşdirir, kağız sənəd dövriyyəsini azaldır və beynəlxalq ticarət əməliyyatlarında tələb olunan sənədlərə vahid müraciət əsasında çıxış imkanı yaradır. Ehtiram Quliyev bildirib ki, rəqəmsal transformasiya bu sahədə fəaliyyət göstərən bütün iştirakçıların vahid informasiya məkanında əməkdaşlığını təmin edir. Bu isə əməliyyatların daha çevik və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır. Hazırda Platforma çərçivəsində Ticarət Bələdçisi alt sistemi (7 mindən çox məhsul üzrə icra mərhələləri haqqında məlumat), Fumiqasiya Aktı, Beynəlxalq Əmtəə-Nəqliyyat Qaiməsi (CMR) və E-Permit rəqəmsal xidmət kimi istifadəyə verilib. Fitosanitar Sertifikat, İxrac Bəyannaməsi və Gigiyenik Sertifikatın elektronlaşdırılmasının yaxın zamanda tamamlanması planlaşdırılır. Növbəti mərhələdə isə idxal və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması nəzərdə tutulur. Rəqəmsal Logistika Platformasının məqsədi təchizat zəncirlərinin idarə olunmasını effektiv təşkil etmək və Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirməkdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
