Sinan Oğanın seçkilərin ikinci turunda dəstəkləyəcəyi namizəddən tələb edəcəyi beş şərt açıqlanıb16-05-2023, 13:13
Çap et O, seçiləcək namizəddən beş şərt tələb edəcək. Sinan Oğanın tələb edəcəyi şərtlər bunlardır: - Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi; - 66-cı maddədə göstərilən türklüyün konstitusiyadan çıxarılması cəhdinin qarşısının alınması; - Türkiyədə olan 13 milyon qaçqının öz ölkəsinə göndərilməsi; - Ölkəni iqtisadi böhranın əsas səbəblərindən, faizdən, inflyasiyadan xilas etmək; - Terror təşkilatları ilə onların siyasi strukturları arasına məsafə qoymaq. Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib. Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar. Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
