Heqiqet.Az » siyaset » Patruşev Ramiz Mehdiyevlə görüşüb


Patruşev Ramiz Mehdiyevlə görüşüb

13-05-2015, 18:39
Çap et
Patruşev Ramiz Mehdiyevlə görüşüb
Rusiya Təhlükəsizlik Şurası bu qurumun katibi Nikolay Patruşev və Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev arasındakı görüşlə bağlı məlumat yayıb.
Açıqlamada bildirilir ki, görüşdə Xəzəryanı ölkələrin əməkdaşlığının möhkəmləndirilməsi məsələləri müzakirə olunub: “Həmsöhbətlər Rusiya və Azərbaycanın milli və regional təhlükəsizliyinin təmin olunması məsələlərində iki dövlətin təhlükəsizlik şuraları aparatları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini, eləcə də Xəzəryanı ölkələrin qarşılıqlı faydalı əməkdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər”.
Qeyd edək ki, N. Patruşev Bakıya səfəri zamanı prezident İlham Əliyevlə də görüşüb.
Reytinq: