Ukrayna Rusiyaya “1000-ə 1000” formatında əsir mübadiləsi üçün siyahı təqdim edib23-05-2025, 11:02
Çap et Bu barədə “RBK-Ukrayna”ya açıqlamasında Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı sədrinin müavini Andrey Yusov məlumat verib. “Ukrayna mübadilə üçün siyahını təqdim edib”, – deyə Yusov bildirib. Qeyd edək ki, “1000-ə 1000” formatında mümkün əsir mübadiləsi ötən həftə İstanbulda ukraynalı və rusiyalı rəsmilər arasında keçirilən görüşlərin əsas müzakirə mövzularından biri olub. Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bu həftə ərzində belə bir mübadilənin baş tutmasının mümkün olduğunu bildirmişdi. Mayın 22-də Ukrayna Prezidenti Volodimir Zelenski belə bir mübadilə üzrə keçirilən müşavirədən sonra bəyan edib ki, Rusiya da Ukraynaya öz siyahısını təqdim edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
