Heqiqet.Az » idman » "Neftçi"dən ayrılan futbolçu Portuqaliya klubuna keçdi


"Neftçi"dən ayrılan futbolçu Portuqaliya klubuna keçdi

14-08-2025, 17:18
Çap et
Bu yay "Neftçi"dən ayrılan Rafael Quzzonun yeni klubu müəyyənləşib.

Portuqaliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Quzzo "Maritimu" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu 2-ci Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rafael Quzzo 2024/2025 mövsümündə "Neftçi"nin formasını geyinib. Bu ilin iyun ayında "Neftçi" Quzzo ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
Reytinq: