Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub25-09-2025, 12:23
Çap et ![]() Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, birgə layihələrin icrası, qarşılıqlı investisiya imkanları və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Azərbaycanın Serbiya ilə bütün sahələrdə strateji tərəfdaşlığı gücləndirmək niyyətində olduğunu qeyd edən S.Babayev ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin və Hökumətlərarası Komissiyanın mühüm platforma olduğunu bildirib. Nazir qeyd edib ki, Hökumətlərarası Komissiyanın ötən ilin iyul ayında Bakıda keçirilən 8-ci sessiyasında bir çox mühüm təşəbbüslər irəli sürülüb, cari ilin oktyabr ayında isə Belqradda Komissiyanın 9-cu iclasının keçirilməsi planlaşdırılır. Görüşdə iki ölkə arasında qarşılıqlı investisiyaların artdığı, 2024-cü ildə ticarət dövriyyəsinin 16,7 faiz artaraq 190,3 milyon dollara çatdığı diqqətə çatdırılıb. Həmçinin enerji, infrastruktur, aviasiya, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə mövcud əməkdaşlıq imkanlarının qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün geniş perspektivlər açdığı vurğulanıb. Öz növbəsində, Ana Brnabiç Azərbaycan ilə Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bu əməkdaşlığın qarşılıqlı etimada və dostluğa əsaslandığını qeyd edib. O, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın mövcudluğuna baxmayaraq, mövcud statistik göstəricilərin real potensialı əks etdirmədiyini və siyasi münasibətlərin səviyyəsinə uyğun gəlmədiyini vurğulayıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Xanım Brnabiç, həmçinin azərbaycanlı investorların Serbiyada daşınmaz əmlak, kənd təsərrüfatı və digər sahələrdə sərmayə yatırmalarında maraqlı olduqlarını bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ![]() Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|