Rusiyanın regionlarına PUA hücumları nəticəsində yanğınlar baş verib və xəsarət alan var6-10-2025, 13:39
Çap et Rusiya Müdafiə Nazirliyi oktyabrın 6-na keçən gecə hava hücumundan müdafiə sistemlərinin ölkənin müxtəlif bölgələri üzərində Ukraynanın 251 pilotsuz uçuş aparatını vurduğunu bildirib.Nijni-Novqorod vilayətinin qubernatoru Aleksandr Nikitinin sözlərinə görə, vurulan pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində bir nəfər xəsarət alıb. Bir neçə şəhər və kənddə fərdi yaşayış evlərində lokal yanğınlar qeydə alınıb, amma onlar tez bir zamanda söndürülüb. Yaşayış binalarının pəncərələri və yanacaqdoldurma məntəqəsinin dam örtüyü də zədələnib. Moskva meri Sergey Sobyanin qeyd edib ki, Moskva vilayətində dağıntıların olduğu yerdə təcili xidmətlər işləyir. Bundan əlavə, Krasnodar diyarında pilotsuz uçuş aparatlarının qalıqları Tuapse Neft Emalı Zavodunun ərazisinə düşüb, iki nəfər yaralanıb və zavodun təhlükəsizlik idarəsində yanğın başlayıb. Tuapse rayonunun Dederkoy kəndində dron parçaları yanğına səbəb olub və yaşayış binasının şüşələrini zədələyib. Xəsarət alan olmayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Rusiya Müdafiə Nazirliyi oktyabrın 6-na keçən gecə hava hücumundan müdafiə sistemlərinin ölkənin müxtəlif bölgələri üzərində Ukraynanın 251 pilotsuz uçuş aparatını vurduğunu bildirib.