Netanyahu: HƏMAS-ı tərk-silah etmək girovların qaytarılmasından sonra növbəti addımdır15-10-2025, 11:37
Çap et Netanyahu bu sözləri CBS telekanalına müsahibəsində deyib. O vurğulayıb ki, ilk növbədə HƏMAS silahlarını yerə qoymalı, ikinci olaraq isə Qəzzada silah istehsalı müəssisələrinin olmamasına əmin olunmalıdır. Baş nazir əlavə edib ki, Qəzzaya heç bir silahın qaçaqmalçılıq yolu ilə gətirilməsinə imkan verilməməlidir və bu tədbirlər demilitarizasiya məqsədi daşıyır. Netanyahu HƏMAS bu şərtləri yerinə yetirməzsə, “əsl xaosun başlayacağını” bildirib. O, həmçinin ümid etdiyini, bunun baş verməyəcəyini və məsələnin sülh yolu ilə həll oluna biləcəyini qeyd edib. Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da HƏMAS arsenallarından əl çəkməzsə, Amerika tərəfinin hərəkatı tərk-silah etmək vəzifəsini öz üzərinə götürə biləcəyini bəyan etmişdi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
