Zəfərdən Qayıdışa doğru4-11-2025, 00:20
Çap et Azərbaycan xalqının ən müasir tarixinin şanlı bayramlarından biri Zəfər Günü qeyd olunur. 2020-ci ilin 27 sentyabrında başlanan və noyabrın 8-də böyük qələbə ilə yekunlaşan 44 günlük Vətən müharibəsində tarix yazan müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti rəhbərliyi sayəsində rəşadətli Azərbaycan ordusu təcavüzkar düşmən tapdağı altında qalan doğma torpaqlarımızı işğaldan azad edib.2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə cəmi 23 saat aparılan antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Xalqımız Azərbaycan Prezidentinin qurub yaratmaq əzminin, Vətən müharibəsində olduğu kimi, quruculuq işlərində də sonsuz qətiyyət və əzmkarlığının şahididir. Şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır, doğma Qarabağımıza yenidən həyat qayıdır. Artıq minlərlə ailənin azad edilmiş şəhər və kəndlərə qayıdışı təmin olunub, onlara yeni evlərin açarları təqdim edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təxminən 30 min insan yaşayır. Belə ki, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, hazırda bu bölgələrdə aparılan bərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Çünki onun illər öncə başlatdığı Qarabağ savaşı məntiqi sonluğuna çatıb, şanlı Zəfərlə yekunlaşıb. Azərbaycan xalqı əmindir ki, bu zəfərlərin davamı gələcək, Prezident İlham Əliyevin liderliyi ilə yeni-yeni uğur zirvələri fəth ediləcək. Misilsiz qəhrəmanlıq göstərmiş Azərbaycan əsgəri və şəhidlərimizin əbədi xatirəsi heç vaxt unudulmayacaq. Bayramımız mübarək! ![]() Ellada Həziyeva, Bakl şəhər Səbail rayon Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki - Humanitar liseyin müəllimi Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan xalqının ən müasir tarixinin şanlı bayramlarından biri Zəfər Günü qeyd olunur. 2020-ci ilin 27 sentyabrında başlanan və noyabrın 8-də böyük qələbə ilə yekunlaşan 44 günlük Vətən müharibəsində tarix yazan müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti rəhbərliyi sayəsində rəşadətli Azərbaycan ordusu təcavüzkar düşmən tapdağı altında qalan doğma torpaqlarımızı işğaldan azad edib.