Belçikanın Bruj şəhəri Avropanın ən yaxşı Milad bazarlarından biri seçildi16-11-2025, 21:21
Çap et Reytinqin zirvəsində Nürnberq Milad bazarı yer alıb, daha sonra Mançester və Paris bazarları gəlir. Bruj bazarı isə 16-cı pillədə qərarlaşıb və Belçikanın siyahıya düşən yeganə təmsilçisi olub. Şəhərin mərkəzində eyni anda iki fərqli bazar təşkil edilir: əsas meydandakı “Grote Markt” bazarı daha ənənəvi atmosfer təklif edir, Simon Stevin meydanındakı isə əl işlərinə və sənətkarlıq məhsullarına fokuslanır. “Time Out” jurnalına görə, Bruj bazarları “nağıl atmosferi” axtaranlar üçün ideal məkandır. Şəhərin orta əsr memarlığı Milad bazarına elə bir ab-hava qatır ki, sanki şəkil kitabından çıxıb. Bruj bazarları noyabrın 21-dən 2026-cı il yanvarın 4-dək ziyarətçilərə açıq olacaq. Stendlər bazar ertəsindən cümə axşamına qədər saat 11:00-dan 20:00-dək, cümə və şənbə günləri isə 21:00-dək fəaliyyət göstərəcək. Milad gecəsi, Yeni il gecəsi və bayram günlərində iş saatları dəyişdiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
