Polşanın Baş Qərargah rəisi: Ölkəyə qarşı hücum hazırlanır18-11-2025, 13:09
Çap et Polşa Ordusunun Baş Qərargah rəisi Veslav Kukula bəyan edib ki, adını açıqlamayan düşmən Polşa ərazisinə silahlı hücum hazırlığına başlayıb.Bu barədə “Rzecz Pospolita” qəzeti məlumat yayıb. “Düşmən müharibəyə hazırlaşmağa başlayıb. Burada müəyyən mühit yaradılır ki, bu da Polşa ərazisində potensial təcavüz üçün əlverişli şərait yaradılmasına gətirib çıxarmalıdır”, - deyə Kukula bildirib. “Politico” nəşrinin hələ mart ayında yaydığı məlumata görə, Polşa Müdafiə Nazirliyi müharibə vəziyyətində ölkəni müdafiəyə hazırlamağa başlayıb. “Proqramın birinci məqsədi ehtiyat qüvvələrin sayını və keyfiyyətini artırmaqdır. İkinci məqsəd daha vacibdir: hər kəs hərbi təlim keçməsə də, biz cəmiyyəti böhranın nəticələrinə hazırlamalıyıq”, - deyə Veslav Kukula müsahibəsində vurğulayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Polşa Ordusunun Baş Qərargah rəisi Veslav Kukula bəyan edib ki, adını açıqlamayan düşmən Polşa ərazisinə silahlı hücum hazırlığına başlayıb.