Heqiqet.Az » sosial » Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edirik


Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edirik

11-12-2025, 19:53
Çap et
Ümummilli Lider Heydər Əliyevin ölkəmizə bəxş etdiyi ən böyük irs – müstəqil, qüdrətli və gələcəyə inamla addımlayan Azərbaycandır. Bu gün ölkəmiz regionun lideri kimi tanınırsa, beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edilirsə, bütün bunların təməli Ulu Öndərin uzaqgörən siyasəti ilə qoyulmuşdur. Onun inkişaf konsepsiyası bu gün də yaşayır, davam etdirilir və təkmilləşdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlar Heydər Əliyev dövlətçilik məktəbinin canlı və dayanıqlı olmasının ən bariz sübutudur.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini formal olaraq bərpa etsə də, ölkədə siyasi sabitlik, iqtisadi inkişaf və təhlükəsizlik təmin olunmamışdı. Son dərəcə ağır tarixi şəraitdə Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən siyasəti hadisələrin düzgün məcrada inkişafı üçün həlledici amilə çevrildi.
Belə ki, daxili siyasi qarşıdurmalar, Ermənistanın təcavüzü, iqtisadi böhran, dövlətçiliyin zəif institusional bazası respublikanı dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə mürəkkəb bir şəraitdə 1993-cü ilin iyun ayında xalqın tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gələrək hakimiyyətə qayıtdı və dövlət quruculuğu prosesinə milli lider kimi rəhbərlik etməyə başladı.

1993-cü il oktyabrın 3-də xalqın böyük etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin ən böyük xidmətlərindən biri siyasi sabitliyin bərpası oldu. “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir. Biz müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz etməliyik”, həqiqətini ortaya qoyan Ulu Öndər dövlət çevrilişi cəhdlərini aradan qaldırdı, ölkədə vətəndaş qarşıdurmalarına son qoydu.

Heydər Əliyev dövlət quruculuğunu yalnız siyasi və iqtisadi aspektlərlə məhdudlaşdırmadı. O, milli-mənəvi dəyərlərə əsaslanan dövlətçilik fəlsəfəsini formalaşdırdı. Azərbaycançılıq ideologiyası ölkənin birləşdirici mənəvi sütununa çevrildi, bütün dünya azərbaycanlılarını birləşdirən əsas ideya kimi formalaşdı. Milli həmrəylik müstəqil dövlətin uzunmüddətli inkişaf yolunu müəyyənləşdirdi. Tarixi-mədəni irs qorundu, gənc nəslin milli ruhda tərbiyəsi diqqət mərkəzində oldu. Bu proseslər dövlətlə cəmiyyət arasında güclü etimad münasibətlərinin formalaşmasına gətirdi.
Danılmaz faktdır ki, XX əsrin sonlarında ölkəmizin müstəqilliyinin qorunması, dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarının möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin gücləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir.
Dövlət başçımızın dediyi kimi, “Bizim siyasətimizin təməlində Heydər Əliyev siyasəti dayanır. Bu siyasət müstəqilliyi qorudu, dövlətçiliyi möhkəmləndirdi və Azərbaycanın gələcəyini təmin etdi.”
Bu gün ölkəmizin inkişafı, təhlükəsizliyi və beynəlxalq nüfuzu məhz Heydər Əliyev siyasi irsin davamlılığının bariz sübutudur. Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edirik!

Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edirik

Məsum Kamal oğlu Əliyev,
Kürdəmir rayon Karrar Ailə-Sağlamlıq mərkəzinin bölmə müdiri
Reytinq: