Heqiqet.Az » dunya » Qətliam kimi OLAY: 9 nəfər içkidən zəhərlənib öldü


Qətliam kimi OLAY: 9 nəfər içkidən zəhərlənib öldü

29-10-2015, 18:22
Çap et
Qətliam kimi OLAY: 9 nəfər içkidən zəhərlənib öldü 6 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Türkiyədə saxta içkidən kütləvi zəhərlənmə olub. İstanbulun Fatih rayonunda rakıdan zəhərlənən şəxslərdən 9-u ölüb, 6 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İlk olaraq Fatihdə yaşayan 48 yaşlı Ercan Tümey və Serkan Okansoy rakı qəbulundan sonra ölüb. Halsızlıq, qarın arısı, qusma, ishal kimi əlamətlərlə xəstəxanaya aparılan hər iki şəxs çox keçmədən vəfat edib. Daha sonra 59 yaşlı Bülent Çokkel, 61 yaşlı Aziz Özgen, 56 yaşlı Alpaslan Serçeoğlu və 68 yaşlı Mahmut Baş da eyni əlamətlərlə xəstəxanaya gətirilib.
Bildirilir ki, Fatihdə son 3 gündə ölən 12 nəfərin vəfat etmə səbəbi araşdırılır. İlkin məlumata görə, həmin şəxslərdən 9-nun rakıdan zəhərlənməsi üzə çıxıb.
Artıq polis məsələ ilə bağlı araşdırmaya başlayıb və 14 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, Türkiyədə rakının kustar üsulla qeyri-qanuni formada istehsalı geniş yayılıb.
Reytinq: