YAP-ın icazəsi olmadan parlament seçkilərində iştirak etmiş üzvlərin məsələsinə aydınlıq gətirildi5-01-2016, 13:28
Çap et Bunu YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. Onun sözlərinə görə, hələki partiyanın İdarə Heyəti bu məsələni müzakirə etməyib: “Həmin üzvlər haqqında son qərar qeydiyyatda olduqları rayon təşkilatları tərəfindən veriləcək, ancaq rayon təşkilatlarından əvvəl partiyanın İdarə Heyəti məsələyə münasibət bildirməlidir”. Qeyd edək ki, bir müddət öncə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov mətbuata açıqlamasında bildirmişdi ki, seçkilərdə partiya qərarından kənar iştirak edən üzvlərin sayı 53 nəfər olub: "Lakin onların 50-si öz namizədliyini geri götürmüşdü, 3 nəfərlə bağlı isə müvafiq rayon təşkilatlarına tapşırıq veriləcək". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
