Heqiqet.Az » sosial » Kosmetika məhsullarının qiyməti niyə bahadır?


Kosmetika məhsullarının qiyməti niyə bahadır?

27-04-2016, 10:03
Çap et
Kosmetika məhsullarının qiyməti niyə bahadır? Son zamanlar kosmetika bazarında ciddi bahalaşma müşahidə olunur. Hətta elə məhsullar var ki, onların qiyməti 70 faizə qədər artıb. XəzərXəbər bu barədə reportaj hazırlayıb.
Bəs bu artım gözəllik salonlarında göstərilən xidmətlərin qiymətlərinə necə təsir göstərib?
20, 30, 50, hətta 70 faiz... Qiymətlərdəki artım kosmetik məhsullardan da yan keçməyib. Dırnaq və dodaq boyası, kirşan, ənlik, tonal krem, ətirlər və bunun kimi bir çox kosmetik məhsulların qiymətində ciddi artım müşahidə olunur.
Satıcıların sözlərinə görə, hətta elə məhsullar var ki, onların qiyməti 2, hətta 3 dəfəyə qədər artıb.
Kosmetik məhsulların qiymətindəki artım salonlardan da yan keçməyib. Salon sahiblərinin sözlərinə görə, qiymətlərdəki artım aldıqları məhsulun onlara baha başa gəlməsi ilə əlaqədardır.
Bəzi salonlar isə gəlirlərini azaldaraq qiymətlərdə artıma yol vermədiklərini deyirlər.
Reytinq: