Heqiqet.Az » sosial » İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi - FƏRMAN


İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi - FƏRMAN

3-06-2015, 20:21
Çap et
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi - FƏRMAN Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Heqiqet.az-ın AzərTAc-a istindən xəbərinə görə, “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanın 3.3-cü bəndindən “253-1.3-cü” sözləri çıxarılıb.
Digər dəyişikliyə əsasən, Məcəlləyə 3.3-2-ci bənd əlavə edilib:
“Həmin Məcəllənin 253-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır”.
Reytinq: