Konfransda Qafqazda baş verən mədəni transfer prosesləri ilə bağlı məruzələr dinlənilib8-11-2016, 11:27
Çap et Tədbir Xəzər Universiteti ilə Fransa Elmi Tədqiqatlar Mərkəzinin nəzdində fəaliyyət göstərən “Labex TransferS” elmi qurumunun birgə təşkilatçılığı ilə reallaşıb. Konfransda antik zamanlardan Sovet dövrünədək Qafqaz regionunda baş verən mədəni transformasiyalar və qarşılıqlı mədəni təsirlərin dinamikası müzakirə edilib. Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı mövzu ilə bağlı çıxış edib. Qeyd edilib ki, Qafqazın istər coğrafi vəziyyəti, istərsə də etnomədəni quruluşu bu bölgənin tarix boyu mədəniyyət qovşağı rolunu oynamasını müəyyənləşdirib. Müxtəlif etnik qrupların, dillərin, dinlərin bir arada yaşaması Qafqazda mədəniyyətlərin qarşılıqlı təsiri və mədəni transfer üçün unikal şərait yaradıb. Tarixin müxtəlif dövrlərində bu bölgədə yerli mədəniyyətlərlə yanaşı, kənardan qaynaqlanan dini-mədəni təsirlər özünə münbit mühit tapıb. Konfransda Azərbaycan, Türkiyə, Fransa, Belçika, Rusiya və Gürcüstan alimlərinin Qafqazda tarix, arxeologiya, kulturologiya sahələrində baş verən mədəni transfer prosesləri ilə bağlı məruzələri dinlənilib. Beynəlxalq konfrans işini noyabrın 8-də davam etdirəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
