Deputat: Xocalı faciəsini törədənlər beynəlxalq tribunala verilə bilər28-11-2016, 13:33
Çap et Bunu Milli Məclis Aparatının İnzibatı və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı zamanı deyib. Azərbaycanın qanunvericlik sistemində belə bir qanunun mövcud olmadığını deyən N.Səfərovun sözlərinə görə, qanun layihəsində həm də beynəlxalq cinayətlər törədənlərin ekstradisiyası məsələsi təsbit olunacaq, onların ikinci dövlətə, yaxud beynəlxalq tribunala verilməsi əksini tapacaq: "Bu qeyd edilənlər baş tutmayacağı təqdirdə Azərbaycanın bununla bağlı hansısa cinayət təqiblərini həyata keçirməsi mümkün ola bilər". Qanun layihəsinin hazırlanması üçün beynəlxalq təcrübəni də öyrəndiklərini deyən N.Səfərov qeyd edib ki, layihənin hazırlanması üçün inkişaf etmiş dövlətlərdə mövcud olan qanunları, beynəlxalq cinayət tribunalları və məhkəmə presedentləri öyrənilib. Şöbə müdiri “beynəlxalq cinayət” anlayışına da aydınlıq gətirib. Onun sözlərinə görə, “beynəlxalq cinayət” deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırımı və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
